Tramp: “Melaniya məndən cəld tərpəndi”

Tramp: “Melaniya məndən cəld tərpəndi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tribuna.az xəbər verir ki, o, hadisədən sonra keçirdiyi brifinqdə atışma səsini eşidən kimi reaksiya vermədiyini deyib:

“Baş verənləri izləyirdim. Yəqin ki, daha da tez ayrılmalı idim”.

Tramp həmçinin hadisədən şoka düşdüyünü və birinci xanım Melaniya Trampın ondan daha tez reaksiya verdiyini qeyd edib: “Düşünürəm ki, o, nə baş verdiyini dərhal anladı”, – deyə Tramp bildirib.

Vaşinqtonun polis rəisi Ceff Kerroll bildirib ki, Trampın qaldığı oteldə hücum edən şəxs tək hərəkət edib.