3 yaşlı qızını işgəncə verərək qətlə yetirdi

3 yaşlı qızını işgəncə verərək qətlə yetirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın Carxand ştatının Qiridix rayonunun Turukdixa kəndində 40 yaşlı kişi üç qızını qətlə yetirib.

Tribuna.az  xəbər verir ki, bu barədə məlumatı “The Times of India” qəzeti yayıb.

Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, qətlə yetirilən qızlardan ikisinin 6 yaşı, üçüncünün isə 17 yaşı olub.

Hadisəni törədən şəxs artıq polis tərəfindən saxlanılıb.

İlkin məlumatlara görə, ata cinayəti törədərkən kəsici-deşici alətdən istifadə edib. Dəhşətli qətliamın hansı səbəbdən baş verdiyi hələlik müəyyən edilməyib.

Xatırladaq ki, bir müddət əvvəl, 8 martda Hindistanın Telanqana ştatında da oxşar cinayət qeydə alınıb. Həmin vaxt ata üç qızını su çənində boğaraq qətlə yetirib.