“Zirə”nin UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.
Tribuna.az xəbər verir ki, Rəşad Sadıqovun komandası 2-ci raundda Estoniya təmsilçisi “Payde”ni mübarizədən kənarlaşdırsa, “Santa Koloma” (Andorra) – “Rapid” (Avstriya) cütünün qalibi ilə üz-üzə gələcək.
Xatırladaq ki, UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin matçları 6 və 13 avqusta təsadüf edəcək.









