Paşinyan İlham Əliyevlə görüşündən DANIŞDI

Paşinyan İlham Əliyevlə görüşündən DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə keçirilən görüşdə Ermənistan Konstitusiyasında dəyişiklik məsələsini müzakirə etməyiblər. 

Tribuna.az xəbər verir ki, bu barədə Paşinyan bu gün keçirdiyi brifinqdə bildirib.

“Gündəmimizdəki bütün məsələləri Azərbaycan Prezidenti ilə müzakirə etdik. Konstitusiya gündəmimizdə deyil. Əksinə, bəyan edirik ki, Konstitusiyamızın gündəliyini və məsələsini xarici tərəfdaşlarla və digər ölkələrlə müzakirə etmirik”, – deyə Paşinyan bildirib.

Baş nazir vurğulayıb ki, Konstitusiya məsələsi yalnız Ermənistanın daxili məsələsidir.