“Həyat bir kinodur, ən maraqlı yerində bitir”

“Həyat bir kinodur, ən maraqlı yerində bitir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün mərhum Xalq artisti Yaşar Nurinin ad günüdür.

Tribuna.az xəbər verir ki, Xalq artisti Firəngiz Mütəllimova sosial media hesabında bununla bağlı paylaşım edib.

Aktrisa mərhurm həmkarı ilə olan fotolarına bunları yazıb:

“Yaşar Nuri. 75 yaş. Allah sənə rəhmət eləsin. Məkanın cənnət olsun, Yaşar. Allah əzizlərini qorusun. Nə gözəl deyirdin həmişə: “Həyat bir kinodur, ən maraqlı yerində bitir”.

Qeyd edək ki, Yaşar Nuri uzun sürən ağır xəstəlikdən sonra 2012-ci il noyabrın 22-də, 61 yaşında Bakıda dünyasını dəyişib. İkinci Fəxri Xiyabanda dəfn edilib.