Putin Rusiyada səfərbərliklə bağlı açıqlama verdi

Putin Rusiyada səfərbərliklə bağlı açıqlama verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyada mümkün səfərbərliklə bağlı xəbərlər Dövlət Dumasına seçki prosesini pozmağa yönəlmiş informasiya hücumudur”.

Tribuna.az  xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunda bildirib.

“Bu gün səfərbərlik tələb edəcək heç bir ssenari yoxdur. Bu, sadəcə əvvəlcədən düşünülmüş informasiya əməliyyatıdır”, – o bildirib.

Putin əlavə edib ki, rusiyalılar Müdafiə Nazirliyi ilə müqavilələr imzalayaraq cəbhəyə könüllü şəkildə gedirlər.

Prezidentin sözlərinə görə, hazırda ordunun cəbhə üçün yeni hərbçilər tapmaq məsələsində heç bir problemi yoxdur.

Vladimir Putin dünən də Dövlət Dumasına seçkilərdən sonra yeni səfərbərlik ehtimalı barədə artan xəbərləri “cəfəngiyyat” və “informasiya hücumu” adlandırmışdı.