Kövsər Dadaşovaya bu akademiyada yüksək vəzifə verildi

Kövsər Dadaşovaya bu akademiyada yüksək vəzifə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Milli Aviasiya Akademiyasında yeni kadr təyinatı həyata keçirilib.

Tribuna.az  nocomment.az-a istinadən xəbər verir ki, müvafiq əmrlə iqtisad üzrə fəlsəfə doktoru Kövsər Dadaşova Milli Aviasiya Akademiyasının Elmi-informasiya və patent şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Kövsər Dadaşova bu təyinata qədər həmin şöbədə Layihə İdarəetmə Qrupunun rəhbəri vəzifəsində çalışıb.

Bundan əlavə, o, 2024-cü ilin oktyabr ayından Milli Aviasiya Akademiyasında Layihələrin İdarə Edilməsi ixtisası üzrə baş müəllim kimi fəaliyyət göstərir.

Daha əvvəl fakültənin Tədris-Metodiki Şurasının elmi katibi və menecment müəllimi vəzifələrində çalışıb.

Dadaşovanın Milli Aviasiya Akademiyasında ümumilikdə 11 ilə yaxın iş təcrübəsi var.