3-cü mərtəbədən düşmək üzrə olan uşağı belə qurtardı – Video

3-cü mərtəbədən düşmək üzrə olan uşağı belə qurtardı – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Diyarbəkir şəhərində 3-cü mərtəbədəki balkondan düşmək üzrə olan qız uşağı son anda xilas edilib.

Tribuna.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Bağlar rayonunun Oğlaklı məhəlləsində yerləşən TOKİ yaşayış kompleksində baş verib. Beşmərtəbəli binanın 3-cü mərtəbəsində balkondan aşağı sallanmış vəziyyətdə olan uşağı yaxınları tutmağa çalışıb.
Ətrafdakıların köməyə çağırışından sonra bir vətəndaş binanın balkon məhəccərlərinə tutunaraq aşağıdan 2-ci mərtəbəyə qədər dırmaşıb.

O, uşağa çataraq onu tutub və təhlükəsiz şəkildə 2-ci mərtəbənin balkonuna çıxarıb.

Uşağın xilas edildiyi anlar ətrafdakı şəxslər tərəfindən mobil telefonla lentə alınıb. Hadisə zamanı uşağın xəsarət almadığı bildirilib.

Gülşən Rəsul