Crescent Mall-da gənclərin iştirakı ilə təşkil olunan spontan musiqili aksiya Zəfər Gününün yaratdığı qürur və sevinc hisslərini musiqinin dili ilə ifadə edib. İştirakçılar tərəfindən səsləndirilən musiqi Vətənə sevgi, milli birlik və Zəfər ruhunu bir daha nümayiş etdirib.
Tribuna.az xəbər verir ki, Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun, Nəsimi Rayon İcra Hakimiyyətinin və PASHA Malls-un dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) və Bakı Xor Cəmiyyətinin təşkilatçılığı ilə həyata keçirilib.
#GənclərFondu #NəsimiRİH #PASHAMalls #ATGTİ #ZəfərNəğməsi #ZəfərGünü









