Sevdiyi qıza görə cinayət törədən məktəbliyə – Bu cəza verildi

Sevdiyi qıza görə cinayət törədən məktəbliyə – Bu cəza verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin iyun ayında Sabirabad rayonunun Kovlar kəndində tanışını bıçaqlayan 2010-cu il təvəllüdlü Hətəm Hətəmov (adlar və soyadlar şərtidir) məhkəmə qarşısına çıxarılıb.

Tribuna.az  xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə yeniyetmə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilib.

Məlum olub ki, Hətəm orta məktəb şagirdidir. O, həmkəndlisi 16 yaşlı Sultan Bünyadovla sevdiyi qıza görə mübahisə edib və gecə saat 00:20 radələrində küçədə həmin şəxsi bıçaqlayıb.

Qarın nahiyəsindən ağır xəsarət alan Sultan xəstəxanaya çatdırılıb və həyatı xilas edilib.

Məhkəmənin hökmü ilə Hətəmə 2 il azadlıqdan məhrumetmə cəzası verilib. Lakin onun ilk dəfə cinayət törətməsi, yaşı, xasiyyətnaməsi və digər hallar nəzərə alınaraq cəza 1 il sınaq müddəti təyin edilməklə şərti hesab olunub.

“Qafqazinfo”