“Yelo Bank”ın müştərilərinin nəzərinə: Avropa İttifaqı bankı sanksiya siyahısına saldı-YENİLƏNDİ

“Yelo Bank”ın müştərilərinin nəzərinə: Avropa İttifaqı bankı sanksiya siyahısına saldı-YENİLƏNDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yelo Bank” yaydığı rəsmi açıqlamada bəyan edib ki, Bank əvvəllər bu sistemə qoşulsa da, indi bu platforma ilə əməkdaşlıq rəsmi olaraq dayandırılıb və onun vasitəsilə heç bir əməliyyat aparılmır. “Bu məsələni həll etmək üçün müvafiq qurumlar və hüquqi orqanlarla rəsmi işlərə başlanılıb”-deyə açıqlamada vurğulanır.

 

Qeyd edək ki, adçıçəkilən sistem 2014-cü ildə ölkənin SWIFT-dn çıxarılması halında Rusiya banklarının əməliyyatları emal etməyə davam etməsini təmin etmək üçün yaradılıb. Rusiya kredit təşkilatlarına qarşı sektoral sanksiyalardan sonra hakimiyyət orqanları alternativ maliyyə mesajlaşma xidməti hazırlamağı nəzərdən keçirməyə başladılar.

 

SPFS-in aktuallığı 2022-ci ildə Rusiya maliyyə sektoruna qarşı yeni genişmiqyaslı məhdudiyyətlər və böyük bankların SWIFT-dən ayrılması fonunda artdı.

 

SPFS 2024-cü ilin yayından bəri Avropa sanksiyaları altındadır.

 

Mərkəzi Bankın sədrinin birinci müavini Vladimir Çistyuxin öz açıqlamasında bildirib ki, 20 ölkədən 557 bank və şirkət Rusiya Bankının Maliyyə Mesajlaşma Sisteminə (SPFS) qoşulub.

 

Həmçinin 20 ölkədən 159 qeyri-rezident bank və şirkət SPFS-ə qoşulub.

 

Qeyd etmək lazımdır ki, 1994-cü ildən ölkəmizdə fəaliyyət göstərən Yelo Bank əvvəlcə Ulper kommersiya bankı kimi fəaliyyətə başlayıb. 2002-ci ildə rebrendinqdən keçib və Nikoil Bank adlandırılıb.

 

2019-cu ildə bankın adı dəyişdirilərək Yelo Bank adlandırılıb.

 

2022-ci ilin mart ayına qədər Topaz Investment Limited MMC Yelo Bankın əsas səhmdarı olub.

 

Bankın birbaşa nəzarətçisi Rusiyanın Lukoil şirkətinin sahibi və Azərbaycan əsilli milyarder Vahid Ələkbərov sayılır.

 

Ukrayna müharibəsindən sonra Rusiyaya qarşı tətbiq edilən sanksiyalar səbəbindən Vahid Ələkbərov nəzarəti altında olan bir sıra aktivləri başqalarına ötürüb.

 

2022-ci ilin mart ayından bəri Marina Kulişova Yelo Bankın birbaşa nəzarətçisidir. Marina Kulişova nizamnamə kapitalına (378 milyon manat) görə Azərbaycanın ikinci ən böyük bankı olan Yelo Bankın 98,94%-nə sahibdir.

 

Marina Kulişova 2008-ci ildən Yelo Bank-ın Müşahidə Şurasının üzvü, 2016-cı ildən isə Müşahidə Şurasının sədri kimi fəaliyyət göstərir. O, Qərb Universitetində (indiki Qərbi Kaspi Universiteti) makro və mikroiqtisadiyyat fakültəsi üzrə bakalavr, habelə, “Nottingham Trent University”-də biznes üzrə bakalavr və magistr təhsili alıb.

 

***

13:32

Avropa İttifaqı Rusiyaya qarşı 20-ci sanksiyalar mərhələsini tətbiq edib.

Tribuna.az xəbər verir ki, siyahıda “Yelo Bank-Azərbaycan”ın da adı daxil edilib.

Yelo Bank-ın əsas sahibi tanınmış azərbaycanlı milyarder, “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovdur. Bankın səhmlərinin böyük hissəsi (98.91%-i) Marina Kulişovaya məxsus olsa da, bank Vahid Ələkbərovun strukturuna aid edilir.

Yelo Bank (əvvəlki adı ilə “Nikoil Bank”) Azərbaycanın bank sektorunda fəaliyyət göstərən kommersiya bankıdır.

 

Azpost.info