Yasamal rayonunda növbəti qanunsuz tikintiyə hazırlıq gedir.
Tribuna.az-a məlumat verən sakinlər bildirib ki, Yasamal rayonu “İnşaatçılar” metrstansiyasının çıxışında böyük bir ərazi hasarlanıb. Mağazalarla zəngin olan sözügedən küçədə hasarlanan yerdə heç bir məlumat lövhəsi yerləşdirilməyib.
Sakinlər bildirib ki, piyada səkisinə yaxın olan yerdə belə tikintilər aparılan zaman səkini daha da daraldırlar. Hər obyekt tikintisi zamanı səki bir az da zəbt edilir və piyadaların hərəkəti üçün yer qalmır.
Narazılıq doğuran tikinti ilə bağlı heç bir məlumat olmadığı üçün sakinlər hesab edir ki, tikintini qanunsuzdur və bu qanusuzluğa da Yasamal Rayon İcra Hakimiyyəti göz yumub.
Sakinlər “Şəhərsalma və Memarlıq ili”ndə belə tikintilərin aparılması və heç bir tədbir görülməməsi təəccüb doğurub.
Gülşən Rəsul









