Tovuzda vətəndaşa məxsus fərdi evdə yanğın olub.
Tribuna.az xəbər verir ki, hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb. Kənd sakini İlham Əhmədova məxsus iki mərtəbəli evin birinci mərtəbəsində ehtimala görə ildırım çaxmasından sonra naqillərdə qısa qapanma baş verib və yanğın başlayıb.
Hadisə baş verən zaman evdə heç kim olmayıb. Əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin yanğın söndürən briqadası alovu söndürərək ətraf ərazilərə keçməsininin qarşısı alıblar.
Alovu söndürmək üçün köməyə qonşular da gəlib. Nəticədə 10 nəfərə yaxın şəxs tüstüdən zəhərlənərək Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər. Onlara lazımı tibbi yardımlar göstərilib və ambulator şəraitdə müayinə üçün evə buraxılıblar.
Hadisənin dəqiq baş vermə səbəbləri Tovuz Rayon Polis şöbəsində araşdırılır.
Mövzu ilə bağlı daha ətraflı xezerxeber.az-ın videomaterialını təqdim edirik.









