Yasamal rayonunda çoxmərtəbəli binada baş verən hasisə zamanı dünyasını dəyişən azyaşlının atası vəkil Əli Qəmbərov övladı ilə bağlı paylaşım edib.
Tribuna-nın məlumatına görə, Ə. Qəmbərov qızı ilə bağlı statusu “qanın yerdə qalmayacaq” həştəqi ilə paylaşıb:
“Balam, sən göylərə qovuşdun.
Mən isə bu dünyada sənin həsrətinlə nəfəs almağa davam edəcəm.
Bağışla, qoruya bilmədim səni…
Nur içində yat, Arzum”.
Xatırladaq ki, Yasamal rayonunda çox mərtəbəli binanın altında yerləşən restoranın səbəb olduğu yanğın binada böyük tüstülənməyə səbəb olmuşdu. Hadisə zamanı 3 nəfər bina sakini dünyasını dəyişmiş, 20-yə yaxın sakin zəhərlənərək xəatəxanaya yerləşdirilib.
Gülşən Rəsul










