“AFB Bank” bu il 3,6 milyon manat mənfəətdən vergi ödəməyib

“AFB Bank” bu il 3,6 milyon manat mənfəətdən vergi ödəməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“AFB Bank” ASC 2026-cı ilin yanvar-sentyabr aylarında 3,603 milyon manat xalis mənfəət əldə etməsinə baxmayaraq, maliyyə hesabatında mənfəət vergisi üzrə xərc göstərməyib.

Tribuna.az xəbər verir ki, bu, bankın cari ilin ilk 9 ayı üzrə maliyyə göstəricilərindən məlum olur.

Hesabat dövründə bankın xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 59,2% və ya təxminən 1,34 milyon manat artıb.

Belə ki, “AFB Bank” 2025-ci ilin yanvar-sentyabr aylarında təxminən 2,263 milyon manat xalis mənfəət əldə edib.

Beləliklə, bank 2026-cı ilin ilk 9 ayında mənfəətini əhəmiyyətli dərəcədə artırsa da, həmin dövr üzrə mənfəət vergisi xərci hesablamayıb.

Qeyd edək ki, bu ilin doqquz ayı üzrə 6 bank əldə etdiyi mənfəət üzrə mənfəət vergisi ödəməyib.

Xatırladaq ki, “AFB Bank” 2008-ci ildə “Azfinansbank” adı ilə yaradılıb, 2009-cu ildən indiki adı ilə fəaliyyət göstərir. Bankın nizamnamə kapitalı 70,393 milyon manat təşkil edir. 2025-ci ilin audit hesabatına əsasən, səhmlərin 99,64%-i Hikmət Əbuzər oğlu İsmayılova, 0,18%-i Cəmil Tahir oğlu Muradova, 0,18%-i isə Toğrul Ülvi oğlu Hacıyevə məxsusdur.

Fərda Uğur