İtaliya, Polşa və Niderlanddan olan polis attaşelərindən ibarət nümayəndə heyəti Avropa İttifaqının Ermənistandakı Missiyasını ziyarət edib.
Tribuna.az-ın xəbərinə görə, bu barədə Aİ-nin Ermənistandakı Missiyası məlumat verib.
“Missiya rəhbəri Satu Koivu həmkarları ilə birlikdə nümayəndə heyətini salamladı, missiyanın fəaliyyətini təqdim etdi, mövcud vəziyyət barədə məlumat verdi və nümayəndə heyətinin suallarını cavablandırdı”, – deyə xəbər verilir.
“Nümayəndə heyəti həmçinin missiyanın Qafan ofisini ziyarət edərək, Aqarak və Meğri ərazilərində patrul turunda iştirak edib”, – deyə açıqlamada bildirilir.
Xatırladaq ki, Aİ missiyası Azərbaycanla sərhəddə fəaliyyət göstərir. Rəsmi Bakı missiyanın işinin uzadılmasına etiraz edib.
Həsən Ağa









