Ukraynadakı müharibə zamanı Rusiyanın qismən nəzarətində olan Xerson vilayətində Kaxovka SES bəndinin uçması nəticəsində yaşayış məntəqəsində 22300-ə yaxın evi su basıb.
Tribuna.az xəbər verir ki, agentliyin məlumatına görə, Novaya Kaxovka şəhərində suyun səviyyəsi 2 metr azalaraq 10 metrə çatıb,1117 nəfər müvəqqəti mənzillərdədir.
Ukrayna tərəfi də suyun səviyyəsinin azaldığını bildirib. Vilayət hərbi idarəsinin rəisi Aleksandr Prokudinin sözlərinə görə, Xerson vilayətində, Kaxovka SES-ə yaxın yaşayış məntəqələrində suyun səviyyəsi 20 sm azalıb.
Daha sonra Beynəlxalq Atom Enerjisi Agentliyi məlumat verib ki, Kaxovka su anbarında suyun səviyyəsi əvvəllər hesab edilən kritik səviyyədən aşağı düşsə də, Zaporojya AES hələ də soyutma sistemləri üçün su anbarından su çəkə bilir.









