Sovet kinosunun məşhur aktrisası 88 yaşında vəfat etdi

Sovet kinosunun məşhur aktrisası 88 yaşında vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tribuna.az xəbər verir ki, məşhur sovet və Rusiya aktrisası, RSFSR xalq artisti Lidiya Fedoseyeva-Şukşina 88 yaşında vəfat edib.

Bu barədə Rusiya mediası məlumat yayıb. Aktrisa 1938-ci il sentyabrın 25-də Leninqradda anadan olub. O, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alıb və kino karyerası ərzində onlarla ekran əsərində rol alıb.

Fedoseyeva-Şukşina “12 stul”, “Sən heç yuxuda da görməzdin…”, “Demidovlar”, “Vivat, qvardiyaçılar!” filmlərində, eləcə də “Peterburq sirləri” serialında çəkilib.

Aktrisaya böyük şöhrət qazandıran ekran əsərləri isə həyat yoldaşı, yazıçı və rejissor Vasili Şukşinin çəkdiyi “Peçki-lavoçki” və “Kalina krasnaya” filmləri olub. Xüsusilə sonuncu filmdə canlandırdığı Lyuba obrazı onun yaradıcılığının ən yaddaqalan işlərindən sayılır.

Lidiya Fedoseyeva-Şukşina uzun illər sovet və Rusiya kinosunun tanınmış simalarından biri olub. O, 1984-cü ildə RSFSR xalq artisti fəxri adına layiq görülüb.

İmran Kərimli