Yaponiyada 5,7 maqnitudalı zəlzələ baş verib. Təbii fəlakət nəticəsində Ayçi və Şizuoka prefekturalarında 20-dən çox insanın yaralandığı bildirilir.
Tribuna.az xəbər verir ki, “Kyodo” agentliyinin məlumatına görə, Yaponiya Meteorologiya Agentliyi (JMA) Şizuoka prefekturasının qərbində yerli vaxtla saat 01:04-də 5,7 maqnitudalı zəlzələnin qeydə alındığını açıqlayıb.
Zəlzələ nəticəsində Ayçi və Şizuoka prefekturalarında 20-dən çox insan xəsarət alıb.
Ocağı təxminən 40 kilometr dərinlikdə yerləşən zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib. Lakin yeraltı təkanlar səbəbindən bölgədə bəzi qatar reyslərində fasilələr yaranıb.
Rəsmilər bildiriblər ki, bu, Ayçi prefekturasında təxminən 30 ildir hiss edilən ən güclü yeraltı təkan olub.









