Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib

Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 8 noyabr – Zəfər Günü münasibətilə təbrik edib.

Tribuna.az xəbər verir ki, bu barədə nazirliyin “X” sosial media hesabında paylaşılıb.

“Qarabağın azadlığının altıncı ildönümündə qardaş Azərbaycan xalqını və dövlətini Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik.

Vətən torpağı uğrunda canlarından keçən bütün qəhrəmanları dərin hörmət və ehtiramla anırıq”, – paylaşımda qeyd olunub.