Xankəndi, Xocalı və Ağdərədə bayraqlar yarıyadək endirildi

Xankəndi, Xocalı və Ağdərədə bayraqlar yarıyadək endirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında bayraqlar yarıyadək endirilib.

Bu barədə Tribuna.az -a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Xankəndi , Xocalı və Ağdərədə 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib. Azərbaycanın bütün ərazisində olduğu kimi bu ərazilərdə də saat 12:00-da 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Həmin anda şəhərdə nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb. Avtomobillərin siqnal səsi ilə şəhidlər anılıb. Bayraqlar yarıya qədər endirilib.