WSJ: İranın raket ehtiyatı tükənmək üzrədir

WSJ: İranın raket ehtiyatı tükənmək üzrədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tribuna.az ABŞ-ın The Wall Street Journal nəşrinə istinadən yazır ki, hazırkı zərbə tempini nəzərə alsaq, İranın mövcud raket ehtiyatı cəmi bir neçə gün kifayət edə bilər. Qəzet bu məlumatı mənbələrə istinadən yayıb.

Nəşrin məlumatına görə, İranın ballistik raket buraxılışlarının sayı azalıb və mövcud intensivlik davam edərsə, Tehranın atəş gücü yalnız bir neçə gün yetərli ola bilər. Bununla belə, anonim Qərb rəsmisi bildirib ki, hücumların azalması İranın raket istehsalını qorumaq və əməliyyatları daha uzun müddət davam etdirmək məqsədilə resurslarını saxlaması ilə də bağlı ola bilər.

Mənbənin sözlərinə görə, hücumların azalması ABŞ və İsrailin İranın buraxılış qurğularına və raket istehsalı müəssisələrinə endirdiyi zərbələrin nəticəsidir.

Digər Qərb mənbəsi isə qeyd edib ki, müasir raketlərin buraxılış imkanları məhdudlaşsa da, İran daha ucuz sistemlər — o cümlədən pilotsuz uçuş aparatları (PUA) vasitəsilə hücumları davam etdirmək potensialına malikdir.

İmran Kərimli