Voronejdə Dimitrova küçəsində yerləşən neft bazasında yanğınla bağlı Voronej qubernatoru Qusev açıqlama verib.
Tribuna.az “Aqreqator pravdı” teleqram kanalına istinadən xəbər verir ki, qubernator açıqlamasında bildirib:
“Voronejdə Dimitrova küçəsində yerləşən neft bazasında yanan yanacaq çəni söndürülür. Hadisə yerində 100-dən çox yanğınsöndürən və 30 maşın cəlb olunub. İlkin məlumata görə, ölən yoxdur”.
Qeyd edək ki, o, yanğının səbəbini açıqlamayıb.









