Vətəndaş da enerji satıb qazana biləcək – DETALLAR

Vətəndaş da enerji satıb qazana biləcək – DETALLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2026-cı ilin birinci rübündə külək enerjisi istehsalı əvvəlki ilin uyğun dövrü ilə müqayisədə rekord səviyyədə, 26 dəfə artaraq 247,7 mln. kVt st təşkil edib. Ötən ilin ilk 3 ayında külək enerjisi istehsalı 9.5 mln. kVt·st olmuşdu.

Tribuna.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov bildirib. O qeyd edib ki, bu ilin birinci rübündə Azərbaycanda “yaşıl enerji” istehsalı 8 faiz artaraq 925 mln. kVt·st təşkil edib:

“Bu dövrdə İES-lərdə 6 066 mln. kVt·st, SES-lərdə 510,5 mln. kVt·st, digər mənbələr üzrə isə 414,5 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

İnkişaf etmiş ölkələrdə icmalar və eləcə də ailələr bərpa olunan enerji mənbələrdən, o cümlədən külək və günəş şüalarından enerji istehsal edərək həm öz istehlaklarını ödəyirlər, həm də artıq hissəni dövlətə satırlar.

Oxşar praktikanın Azərbaycanda tətbiq olunması elektrik enerjisi istehsalını artırmaqla yanaşı vətəndaşların daha ucuz enerji almasına gətirib çıxara bilər. Bu enerji istehsalı və satışına yeni yanaşmanın tətbiqinə imkan yaratmaqla yanaşı enerji xəclərini azalda bilər.

Bunun üçün icma əsaslı inteqrasiya olunmuş infrastrukturun formalaşdırılması da vacibdir. Yeni “yaşıl çağrışlar” yeni yanaşmaları aktuallaşdırır”.

Gülşən Rəsul