UŞAQ EVİNƏ HÜCUM EDİLDİ – ÖLƏNLƏR VAR

UŞAQ EVİNƏ HÜCUM EDİLDİ – ÖLƏNLƏR VAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşanın Tomisslavice kəndindəki uşaq evinə hücum nəticəsində 16 yaşlı qız həlak olub, 9 nəfər yaralanıb.

Tribuna.az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.

“Polisin ilkin məlumatına görə, müəssisənin tələbəsi olmayan 19 yaşlı gənc uşaq evinin müəlliminə və digər şagirdlərinə bıçaqla hücum edib”, – Lodz polisinin sözçüsü Aneta Sobierai bildirib.

Polis hücumçunu yaxalaya bilib. Yaralılardan 5-i xəstəxanaya çatdırılıb, həyati təhlükəsi yoxdur. Digər 4 yaralıya isə yerindəcə tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.