ABŞ-nin birinci xanımı Melaniya Tramp Rusiya və Ukrayna arasında əldə olunmuş lokal atəşkəsin Xerson vilayətində daha geniş əraziyə şamil edildiyini açıqlayıb.
Melaniya Tramp bildirib ki, atəşkəsin əhatə dairəsi Oleşki şəhərindən kənara çıxarılıb. Məqsəd humanitar yardım karvanlarının təhlükəsiz hərəkətini təmin etməkdir.
Qeyd edək ki, Ukraynada belə irimiqyaslı atəşkəs ilk dəfə əldə olunur və bu da Trampın xanımı sayəsində reallaşır.
Bəs iki slavyan ordusunu Xersonda dayandıran Meloniya kimdir?
Tribuna.az yazır ki, o, 26 aprel 1970-ci ildə keçmiş Yuqoslaviyanın (hazırkı Sloveniya) Novo-Mesto şəhərində Melanija Knavs adı ilə anadan olub. Modellik fəaliyyətinə 16 yaşında başlayıb, Paris və Milan kimi moda mərkəzlərində çalışıb. 1996-cı ildə modellik fəaliyyətini davam etdirmək üçün ABŞ-a köçüb. O, həmçinin saat və qiymətli zərgərlik məmulatlarının dizaynı ilə məşğul olub.
* Donald Tramp ilə 1998-ci ildə tanış olub və cütlük 22 yanvar 2005-ci ildə evlənib. Bu nikahdan onların Barron Tramp (d. 2006) adlı bir oğulları var.
1999-cu ildə “Allure” jurnalında işə başlayarkən Trampla tanış olub. Nyu-Yorkda model kimi fəaliyyətini davam etdirərkən isə onların münasibəti daha da yaxınlaşıb.
Həsən Ağa










