Ukrayna yeni əsir götürdüyü Rusiya hərbçilərinin sayını açıqlayıb

Ukrayna yeni əsir götürdüyü Rusiya hərbçilərinin sayını açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ötən sutka ərzində 387 rusiyalı hərbçi öldürülüb, yaralanıb və ya əsir götürülüb. Əsir götürülən işğalçıların sayı 28 nəfərdir”.

Bunu  açıqlamasında Ukrayna ordusunun cənub-şərq birləşməsinin sözçüsü Valeriy Şerşen bildirib.

O xatırladıb ki, Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Volnovaxa rayonunun Strojevoe kəndini azad edib: “Bu yaşayış məntəqəsinin azad edilməsi zamanı artilleriya dəstəyi böyük əhəmiyyət kəsb edib. Bu, əks-hücum əməliyyatlarının uğurla həyata keçirilməsi üçün vacibdir”.

V.Şerşen Strojevoe kəndindən 9 mülki vətəndaşdan 7-nin təxliyə olunduğunu qeyd edib.

Ukraynalı rəsmi Rusiya hərbi birləşmələrinin Tavriya istiqamətindəki cəbhə xəttini və onun yaxınlığındakı yaşayış məntəqələrini 400 dəfə atəşə tutduğunu deyib: “Ukrayna ordusu Tavriya istiqamətində düşmənə güclü zərbələr endirir, onun müdafiə imkanlarını və müdafiəsini darmadağın edir. Belə ki, müdafiə qüvvələri bu istiqamətdə 1432 atəş tapşırığı yerinə yetirib. Nəticədə düşmənin komanda məntəqələri, 1 sursat anbarı, 24 hərbi texnikası məhv edilib”.

Onun sözlərinə görə, Rusiya qoşunları Avdeyevka istiqamətində hücum əməliyyatları keçirsə də, uğur qazana bilməyib: “Təkcə bir gecə ərzində düşmənin 2 hücumu dəf edilib. Mariyevka istiqamətində də düşmənin bütün hücumlarının qarşısı alınıb. Ümumilikdə ötən gecə ərzində Mariyevka istiqamətində 16 hücum dəf edilib”.

V.Şerşen vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri əks-hücum əməliyyatları nəticəsində Tavriya istiqamətində Neskuçne, Strojevoe, Blaqodatnı, Makarovka və Novodarovka yaşayış məntəqələrini azad edib.