Ukrayna ordusu son sutkada Rusiyanın 29 “Shahed” PUA-sını məhv edib

Ukrayna ordusu son sutkada Rusiyanın 29 “Shahed” PUA-sını məhv edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna ordusu ötən gecə Rusiyanın İran istehsalı olan 29 “Shahed” pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Tribuna.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrindən bildirilib.

Rusiya PUA-larla Ukraynanın paytaxtı Kiyevə və digər vilayətlərə hücum həyata keçirib.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı müharibə ötən il fevralın 24-də başlayıb.