Ukrayna bir həftədə nə qədər ərazi azad edib?

Ukrayna bir həftədə nə qədər ərazi azad edib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna hakimiyyəti əks-hücumun bir həftəsi ərzində Silahlı Qüvvələrin bir neçə kilometr irəliləyərək, 7 yaşayış məntəqəsini azad etdiyini açıqlayıb.

Tribuna.az xəbər verir ki, bu barədə müdafiə nazirinin müavini Anna Malyar öz “Telegram” kanalında yazıb.

Onun sözlərinə görə, Ukrayna ölkənin şərqindəki Donetsk və Zaporojye vilayətlərində aşağıdakı yaşayış məntəqələrini geri alıb:Lobkovoye, Levadnoe, Novodarovka, Neskuçnoye, Storojevoye, Makarovka və Blaqodatnoye.

Ümumilikdə, Ukrayna qoşunları 90 kv.km ərazini nəzarətə götürərək, 6,5 km irəliləyib.

Ukrayna Müdafiə Nazirliyinin digər məlumatına görə, Silahlı Qüvvələr ötən həftə Baxmut istiqamətində sol cinahdan 1,5 km, sağ cinahdan 3,5 km irəliləyib. Nəzarətə götürülən ərazinin sahəsi 16 kv.km-dir