“Uğur-2″də maşınları yandıran şəxs saxlanıldı

“Uğur-2″də maşınları yandıran şəxs saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerlışən “Akkord” şirkətinə məxsus “Uğur-2” kompleksinin həyətində yanğın törədən şəxs saxlanılıb.

Tribuna.az xəbər verir ki, bu barədə bina sakinləri məlumat verib.

Belə ki, ötən həftə sözügedən kompleksin həyətində zibilliyə od vurulması səbəbindən 4 avtomobilə ciddi ziyan dəymişdi.

Sakinlərin sözlərinə görə, saxlanılan şəxsin hələlik kimliyi məlum deyil.

Bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə sorğu ünvanlamışıq.

Sorğumuza cavab oxucuların diqqətinə çatdırılacaq.

Gülşən Rəsul