UEFA Konfrans Liqasında yarımfinal mərhələsinə bu gün yekun vurulacaq.
Tribuna.az-ın məlumatına görə, raundun cavab oyunlarından sonra finalçılar bəlli olacaq.
“Kristal Pelas” İngiltərədə Ukraynanın “Şaxtyor” komandasını qəbul edəcək. Premyer Liqa təmsilçisi ilk matçda inamlı qalibiyyətə nail olub – 3:1.
Digər qarşılaşmada “Strasburq” Fransada İspaniya təmsilçisi “Rayo Valyekano” ilə münasibətlərə aydınlıq gətirəcək. İspanlar ilk oyunda minimalhesablı qələbə qazanıb – 1:0.
Hər iki görüş saat 23:00-da start götürəcək.
Xatırladaq ki, final matçı mayın 27-də Leyptsiq şəhərində təşkil olunacaq.









