UEFA-dan “Qarabağ”a cəza

UEFA-dan “Qarabağ”a cəza

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Nizam-İntizam Komitəsi “Qarabağ” futbol klubuna cəza tətbiq edib.
Tribuna.az xəbər verir ki, qərar Ağdam klubunun U-19 komandası azarkeşlərinin UEFA Gənclər Liqasının 4-cü turunda Bakıda “Çelsi”yə qarşı keçirilən ev oyununda göstərdiyi davranışla bağlıdır.

Məlumata görə, görüş zamanı “Qarabağ” azarkeşləri “Çelsi” oyunçusuna qarşı irqçi təhqirlər səsləndiriblər. Bunun nəticəsi olaraq klub 5 min avro (təxminən 9900 manat) cərimələnib.

UEFA əlavə olaraq Ağdam klubunu növbəti ev oyununu azarkeşsiz keçirməklə də şərti cəzalandırıb. Əgər oxşar hallar müəyyən müddət ərzində təkrarlanarsa, cəza dərhal qüvvəyə minəcək.