Türkiyə Statistika İnstitutu (TÜİK) noyabr ayına dair mənzil satış statistikalarını açıqlayıb.
Tribuna.az xəbər verir ki, ötən ilin eyni ayı ilə müqayisədə, Türkiyə üzrə satılan mənzillərin sayı 7,8% azalma ilə 141 100 olub.
Noyabr ayında ən çox mənzil satışı İstanbulda (24 234 mənzil) baş tutub. İstanbulu Ankara (12 706) və İzmir (8 540) izləyir. Ən az satış isə Ardahan (78), Bayburt (131) və Artvin (152) vilayətlərində qeydə alınıb.
Türkiyədə xarici vətəndaşlara satışlar da azalıb. Noyabrda xaricilərə satılan mənzillərin sayı ötən ilin eyni ayı ilə müqayisədə 9,7% azalaraq 1 943 olub. Bu satışlarda liderlik İstanbula (728 mənzil) məxsusdur, sonra Antalya (662) və Mersin (157) gəlir.
Xaricilər arasında ən çox mənzil alanlar isə rusiyalılar olub, noyabrda onlar Türkiyədə 310 mənzil alıblar. İkinci yerdə ukraynalılar (159 mənzil), üçüncü yerdə isə almanlar (151 mənzil) qərarlaşıb.
Musavat.com









