Türkiyə Futbol Federasiyası ölkə kubokunun final matçının məkanını açıqlayıb

Türkiyə Futbol Federasiyası ölkə kubokunun final matçının məkanını açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Kubokunun final oyununun keçiriləcəyi stadion müəyyənləşib.

Tribuna.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

Həlledici qarşılaşma Antalya Stadionunda baş tutacaq.

Final matçının tarixi mayın 24-dən 22-nə dəyişdirilib. Görüş Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

Xatırladaq ki, turnirin yarımfinalında “Beşiktaş” “Konyaspor”la, “Trabzonspor” “Gənclərbirliyi” ilə üz-üzə gələcək.