Türkiyə-ABŞ razılaşmasının maddələri açıqlandı

Türkiyə-ABŞ razılaşmasının maddələri açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə və ABŞ arasında əldə edilən 13 maddəlik razılaşmanın detalları açıqlanıb.
TİA.AZ axar.az-a istinadən xəbər verir ki, razılaşmanın görüntüsünü Türkiyə Prezident Administrasiyası yayıb.
13 maddəlik anlaşma belədir:
1. Türkiyə və ABŞ iki yaxın NATO üzvü olaraq bu əlaqələrini təsdiqləyir. ABŞ Türkiyənin cənub sərhədlərinə dair qanuni təhlükəsizlik qayğılarını anlayır;
2. Türkiyə və ABŞ Suriyanın şimal-şərqi başda olmaq üzrə meydandakı inkişafların ortaq maraqlar əsasında daha yaxın koordinasiya gərəkdirdiyini qəbul edir;
3. Türkiyə və ABŞ “hamımız birimiz, birimiz hamımız üçün” anlayışıyla NATO torpaqlarını və xalqlarını bütün təhdidlərə qarşı qorumaq öhdəliklərinə mühafizə edir;
4. Hər iki ölkə insan həyatı, insan haqları ilə dini və etnik topluluqların qorunmasına yönələn öhdəlikləri təkrarlayır;
5. Türkiyə və ABŞ Suriyanın şimal-şərqində İŞİD-lə mübarizə fəaliyyətlərinin davam etdirilməsində qərarlıdır. Bu, öncədən İŞİD nəzarətində olan sahələrdə yaşayıb, yerindən qovulan şəxslər ilə saxlama mərkəzləri mövzusunda uyğun şəkildə gerçəkləşdiriləcək koordinasiyaya da aiddir;
6. Türkiyə və ABŞ terrorla mübarizə hərəkatlarının yalnız terror ünsürləri ilə bu ünsürlərə aid sığınacaq, silah, avtomobil vasitələrini hədəf alması gərəkdiyinə dair razılaşır;