Dünən ABŞ prezidenti Donald Tramp daha bir ziddiyyətli açıqlama verib.
Tribuna.az xəbər verir ki, o, “Fox News” telekanalının müxbiri Mariya Bartiroma müsahibəsində “İrana qarşı hərbi əməliyyat başa çatıb” sözlərini deyib.
Məsələnin ziddiyyətli tərəfi odur ki, ABŞ prezidenti bir neçə gündür İrana hədə-qorxu gələrək, hərbi əməliyyatları yenidən bərpa edəcəyini bəyan edib. Lakin bu da azmış kimi, son bir həftədir Yaxın Şərqə geniş miqyasda hərbi qüvvələrin gətirilməsi prosesi müşahidə edilir.
Fərda Uğur









