Tramp: ABŞ-da 50 ildən sonra ilk yeni neft emalı zavodu işə düşəcək

Tramp: ABŞ-da 50 ildən sonra ilk yeni neft emalı zavodu işə düşəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braunsvill bölgəsində dəyəri $300 mlrd olan neft emalı zavodunun açılışına hazırlıqlar yekunlaşır. Layihə America First Refining və Hindistanın Reliance Industries şirkətləri tərəfindən maliyyələşdirilib.

Tribuna.az xəbər verir ki, Donald Trampın sözlərinə görə, bu ABŞ-da son 50 ildə tikilən ilk belə zavoddur və ölkənin enerji sahəsində liderliyə qayıtmasının simvoludur.

Zavod özünü dünyanın ən ekoloji təmiz emalı müəssisəsi kimi təqdim edir, daxili bazarı yanacaqla təmin etməyə və milli təhlükəsizliyi gücləndirməyə yönəlib.

Sənan Məmmədli