Tovuz rayonunda güllələnən sabiq məhkəmə sədri xəstəxanada ölüb.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, rayon sakini, 1963-cü il təvəllüdlü Ələkbərov Firudin Muxtar oğlunu həmyerlisi, 1959-cu il təvəllüdlü Şəmiyev Əli Məhərrəm oğlu güllələyib. F.Ələkbərli 3 güllə yarası alıb və xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törədən Ə.Şəmiyev polis tərəfindən saxlanılıb.
***09:44
Tovuz rayonunda güllələnən Firudin Ələkbərli vəkil deyil.
Bu barədə Azərbaycan Vəkillər Kollegiyasından bildirilib.
Güllələnən F.Ələkbərli Tovuz Rayon Xalq Məhkəməsinin (indiki Tovuz Rayon Məhkəməsinin) sabiq sədridir. O, 1995-ci ildə fəaliyyətində qanunun kobudcasına pozulmasına görə vəzifədən azad edilib və xalq hakimi səlahiyyətindən vaxtından əvvəl məhrum olunub.
*** 09:31
Tovuz rayonunda vəkil güllələnib.
Firudin Ələkbərli naməlum şəraitdə odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb.
O, Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
















