Tofiq Musayev növbəti UFC döyüşünə çıxır

Tofiq Musayev növbəti UFC döyüşünə çıxır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Mütləq Döyüş Çempionatındakı (UFC) təmsilçisi Tofiq Musayev növbəti döyüşünü keçirəcək.

Tribuna.az  xəbər verir ki, 36 yaşlı idmançı martın 28-dən 29-na keçən gecə ABŞ-nin Sietl şəhərində təşkil olunacaq turnirdə oktaqona çıxacaq.

O, İqnasio Bahamondeslə (Çili) qarşılaşacaq. Qeyd edək ki, bu, Tofiq Musayevin UFC-də ikinci döyüşü olacaq. İdmançı ilk döyüşündə, ötən il iyunun 22-də Bakıda Mıktıbek Orolbaya (Qırğızıstan) uduzub. İqnasio Bahamondes də sonuncu dəfə Bakıdakı turnirdə təmsilçimiz Rafael Fiziyevə məğlub olub.