ABŞ-nin Montana əyalətində Tiktok sosial şəbəkəsi qadağan edilib.
Tribuna.az xəbər verir ki, buna səbəb təhlükəsizliklə bağlı yaranmış narahatlıq olub.
Montana qubernatoru Greg Gianforte, “ştat sakinlərinin şəxsi məlumatlarının açıqlanmasının qarşısını almaq səbəbiylə” sosial media tətbiqi TikTok-u qadağan edən qanun layihəsini imzalayıb.
Qubernator bildirib ki, Çin TikTok-dan casusluq etmək, amerikalıların məxfiliyini pozmaq və onların şəxsi və həssas məlumatlarını toplamaq üçün istifadə edir.









