İranın Naxçıvana PUA hücumundan sonra Tehran mediası “əks arqumnet”lər axtarmağa başlayıb.
Tribuna.az xəbər verir ki, SEPAH-ın nəzarətində olan “Tasnim News” agentliyi bu mövzuda iri bir sərsəmləmə ilə çıxış edib.
Nəşr iddia edib ki, Naxçıvana hücum guya, “Bakı və sionist qüvvələrin İrana qarşı təşkil etdiyi saxta əməliyyat ola bilər”. Həmçinin Agentlik “Azərbaycan rəsmiləri tərəfindən Tehrana qarşı ittihamların səsləndirilməsi tələsik addımdır” qənaətinə də gəlib.
Yekunda isə rəsmi Bakıya “tövsiyyə” verilməyi də “unudmayıb. “Azərbaycan dövləti xarici kəşfiyyat strukturlarının təsirinə qarşı diqqətli olmalıdır”.
Fərda Uğur









