İran və Oman arasında aparılan Hörmüz boğazı danışıqları ilə bağlı bəzi detallar aydınlaşıb.
Tribuna.az xəbər verir ki, SEPAH-a bağlı “Fars” Agentliyi bununla bağlı İranın şərtlərini əks etdirən siyahı açıqlayıb.
Həmin siyahıda qeyd edilir:
– ABŞ, İsrail və digər “düşmən ölkələrə” məxsus gəmilərin boğazdan keçidi qadağan ediləcək;
-İsraillə əlaqəli həm hərbi, həm də mülki yüklərin bölgədən keçid hüququ olmayacaq;
– “Müqavimət oxuna” qarşı fəaliyyətlərdə iştirak etmiş gəmilər və ya yüklər də qadağaya şamil ediləcəcək;
– İrana “zərər vurmuş” ölkələr və şəxslər həmin zərəri ödəməyənədək Hörmüz boğazı və Fars körfəzindən keçid icazəsi ala bilməyəcəklər;
– “Qayda pozanlar” üçün böyük cərimələr, o cümlədən yükün dəyərinin 20%-dək məbləğində cərimələr nəzərdə tutulub;
-İran hökuməti öz silahlı qüvvələri ilə birlikdə naviqasiya, gəmilərin keçidinə nəzarət, körfəzin təhlükəsizliyinin və ətraf mühitinin mühafizəsinin təmin edilməsi kimi öhdəlikləri üzərinə götürməli olacaq.
Fərda Uğur









