Tehran-Bakı reyslərinin sayı gələn həftədən artırılacaq

Tehran-Bakı reyslərinin sayı gələn həftədən artırılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tehran-Bakı aviareyslərinin sayı gələn həftədən etibarən həftədə iki reysə çatdırılacaq.

Tribuna.az xəbər verir ki, bunu apa-ya açıqlamasında “Bakı Star” şirkətinin direktoru və İran Hava Yollarının Bakı istiqamətində rəsmi nümayəndəsi Məhəmməd Mir Rzayi deyib.

Mir Rzayi bildirib ki, İmam Xomeyni Beynəlxalq Hava Limanının yenidən açılmasından sonra cümə axşamı Tehran-Bakı marşrutu üzrə üçüncü reysin həyata keçirilməsi planlaşdırılır. Onun sözlərinə görə, gələn həftədən etibarən Tehran-Bakı aviareyslərinin sayı həftədə iki dəfə olacaq.

O qeyd edib ki, reyslər bazar ertəsi və cümə günləri Tehran-Bakı istiqamətində yerinə yetiriləcək.

Şirkət rəhbəri hazırda həftədə 6 reysədək artırma potensialının mövcud olduğunu da diqqətə çatdırıb və əlavə edib ki, bu məsələ gələcəkdə şəraitə uyğun olaraq dəyərləndiriləcək.

Mir Rzayi həmçinin Bakı-Məşhəd reyslərinin də başlanacağını bildirib. Onun sözlərinə görə, planlaşdırmaya əsasən, bu uçuş Bakıdan Məşhədə həyata keçiriləcək.