TƏBİB-ə yeni rəhbər gəlib və yeni komanda formalaşdırır. Çox ümid edirəm yeni rəhbərlik digər problemlərlə yanaşı ölüm haqqında arayışın alınması prosedurunun asanlaşdırılması istiqamətində səy göstəriləcək.
Tribuna.az xəbər verir ki, bu fikirlərlə iqtisadçı Samir Əliyev çıxış edib. O bildirib ki, ölüm kağızının (Ölüm haqqında Şəhadətnamə) alınmasında insanlar çox əziyyət çəkir, get-gələ salınır, məhkəmələrə üz tuturlar:
“Özüm şəxsən bunun şahidi olmuşam. Problem hələ də həll olunmamış qalır.
Ölüm kağızının alınması prosesində ən böyük əngəl TƏBİB-ə məxsus klinikalardan ölüm haqqında arayışın alınmasıdır.
Əgər mərhum(ə) sağlığında sahə həkiminin qəbulunda olmayıbsa, dünyasını dəyişəndə yaxınları arayış ala bilmirlər.
Yeganə yol məhkəmədir, bu isə əlavə xərc və zaman itkisidir”.
Nigar İxtiyarqızı









