Taleh Kazımov üç məşhur bankı “qara siyahı”ya saldı – SƏBƏB

Taleh Kazımov üç məşhur bankı “qara siyahı”ya saldı – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Mərkəzi Bankı (AMB) bank müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə növbəti – 2026-cı ilin aprel ayı üzrə – şikayət indeksini açıqlayıb.

Şikayət indeksi – hər hansı bank tərəfindən göstərilən maliyyə xidmətlərinin həcmi və əhatə dairəsi nəzərə alınmaqla, həmin bankın müştəri xidmətləri ilə bağlı Mərkəzi Banka daxil olan şikayətlərin proporsionallığı prinsipi əsasında hesablanır.

Tribuna.az bildirir ki, siyahıda ilk yeri “Yapı Kredi Bank Azərbaycan” tutur.

İkinci sırada “Unibank”, üçüncü isə “Expressbank”dır. İlk üçlük bu banklardır.

Sonrakı sıralarda “Bank of Baku”, “Yelobank”, “Rabitə bank”, “Bank Respublika” və “Bank VTB” və “Azəri-Türk” bank gəlir.

Onluğu “Azərbaycan Beynəlxalq Bankı” qapadır.

Göründüyü kimi, müştərilər ən çox bu banklardan narazıdır.

Gülşən Rəsul