Sumqayıtda yol çöküb.
Tribuna.az-ın məlumatına görə 6-cı mikrorayonda yaşayış binasının ərazisində asfalt çöküb.
Xoşbəxtlikdən xəsarət alan olmayıb və avtomobilə heçnə olmayıb.
Hətta avtomobilin sahibi zarafatla “halal pulla alınan maşın” şərhini də videoya qeyd edib.
Qeyd edək ki, iki gün Azərbaycana yağan rekord yağışlar ciddi fəsadlar törədib.
demokrat.az









