Sumqayıtda 19 yaşlı qız dəm qazından boğularaq ölüb

Sumqayıtda 19 yaşlı qız dəm qazından boğularaq ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhərində 19 yaşlı qız dəm qazından boğularaq ölüb.

Tribuna.az-ın məlumatına görə, hadisə şəhərin Xəzri yaşayış massivində yerləşən fərdi evlərin birində baş verib.

2006-cı il təvəllüdlü Hüseynova Züleyxa Niyaz qızı yaşadığı evin hamam otağında dəm qazından boğularaq həyatını itirib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.