Son 4 mövsümün ən böyük hesabı

Son 4 mövsümün ən böyük hesabı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Misli Premyer Liqasının 26-cı turunun “Qarabağ” – “Karvan-Yevlax” matçında mövsümün ən böyükhesablı nəticəsi qeydə alınıb.

Tribuna.az PFL-in saytına istinadən xəbər verir ki, Ağdam klubu ev matçında 7:0 hesablı qələbə qazanıb.

Bu, təkcə cari mövsümün deyil, son 4 çempionatda qeydə alınan ən böyük fərqdir. Sonuncu dəfə daha fərqli qələbə 2021/22 mövsümünə təsadüf edib. 1452 gün, təxminən 4 il əvvəl – 2022-ci aprelin 15-də “Qarabağ” “Şamaxı”nı 8 cavabsız qolla məğlub edib.

Qeyd edək ki, turnirin tarixində 47-ci dəfə bir komanda rəqibini 7 və ya daha çox top fərqi ilə məğlub edib.