Məlum olduğu kimi, bir müddət əvvəl Baş Şirvan kollektoru üzərində yerləşən körpü uçaraq, sıradan çıxmışdı.
Tribuna.az xəbər verir ki, Sabirabada və Saatlının bir çox kəndlərinin əsas yol güərgahı olan bu körpünün bərpasına start verilib.
Məlumata görə, bununla bağlı tender elan edilib. Həmin tenderə əsasən Şirvan şəhəri ərazisində Baş Şirvan kollektoru üzərində qəza vəziyyətinə düşmüş piyada körpüsünün yenidən qurulması nəzərədə tutulub.
Prosesi Tikilməkdə olan Obyektlərin Müdriyyəti adılı qurum həyata keçirəcək. Bu məqsədlə 303 min 470 manatlıq büdcə ayrılması nəzərədə tutulub.
Fərda Uğur









