Şirvanda 1 yaşlı körpə 5-ci mərtəbədən yıxılıb.
TİA.AZ APA-ya istinadən xəbər verir ki, hadisə Şirvan şəhərində köçkün qəsəbəsində baş verib.Valideyn nəzarətindən yayınan bir yaşlı Ömər Səmədov 5-ci mərtəbədən yıxılaraq ağır xəsarət alıb.
Uşaq Şirvan mərkəzi xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.









